Loran Blan
İdman
117
12:16, Bu gün

Loran Blan "Əl-İttihad"dan qovuldu

Tanınmış fransalı məşqçi Loran Blan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
 
Moderator.az bildirir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
Blanın müqavilə müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulsa da, klub rəhbərliyi onunla müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gəlib.
 
Fransızın qovulması ölkə çempionatında "Ən-Nəsr" komandasına 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.
 
Qeyd edək ki, Blanın rəhbərliyi altında komanda Səudiyyə Ərəbistanı çempionluğunu və Kral Kubokunu qazanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər