Bu gün Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək
İdman
290
08:45, Bu gün

Bu gün Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının açılış mərasimi keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda təşkil olunacaq tədbir saat 19:00-da başlayacaq.
 
Açılış mərasimində Azərbaycanın bayraqdarı karateçi Asiman Qurbanlı ilə taekvondoçu Zemfira Həsənzadə olacaq.
 
Bu gün ümumilikdə dörd idman növü üzrə yarışlar baş tutacaq.
 
Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları davam edəcək.
 
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı yarışı başlayacaq. mübarizə baş tutacaq.
 
Şəki Şəhər Stadionunda çövkən oyunları, Gəncə İdman Sarayında isə üzgüçülük yarışları başlayacaq.
 
Qeyd edək ki, iki gün əvvəl start götürən III MDB Oyunlarına 13 ölkədən 1624 idmançı qatılıb. Turnirdə Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Pakistanla Omanı isə 4 idmançı təmsil edir.
 
III MDB Oyunlarının bağlanış mərasimi oktyabrın 8-də, Gəncə Şəhər Stadionunda keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər