01:20
16°C
Bakı
İtaliya A Seriyasında 5-ci turun qarşılaşmaları keçirilir.
Moderator.az xəbər verir ki, turun ən maraqlı görüşlərindən biri Turində baş tutub. Yerli "Yuventus" iddialı "Atalanta"nı qəbul edib.
Görüdə hesabı ilk hissənin sonlarında qonaqlar açsalar da, ikinci hissədə meydan sahibləri bərabərlik yaratmağı bacarıblar. Berqamo təmsilçisi matçın sonlarını azlıqda keçirsə də, "qoca sinyora" say üstünlüyündən yararlana bilməyib və doğma meydanda xal itkisi ilə barışmalı olub - 1:1.
Hazırda "Yuve" 10 xalla turnir cədvəlində 2-ci sıradadır. "Atalanta" isə 8 xalla 6-cı pillədə qərarlaşıb.