00:20
16°C
Bakı
İngiltərə Premyer Liqasında 6-cı tur son çempion "Liverpul"un cari mövsümdə ilk məğlubiyyəti ilə əlamətdar olub.
Moderator.az xəbər verir ki, mersisayd klubu səfərdə "Kristal Pelas"a uduzub - 2:1.
İsmaila Sarr 9-cu dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. 87-ci dəqiqədə Federiko Kyesa hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Eddi Nketia qələbə qolunu vurub.
Bu oyundan sonra "Kristal Pelas" 12 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 15 xalla "Liverpul" başçılıq edir.