20:06
17°C
Bakı
"Barselona"nın əfsanəvi futbolçusu, son olaraq "İnter Mayami"nin formasını geyinən Serxio Busquets karyerasını başa vurmaq qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu haqda 37 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında məlumat yayıb.
O, peşəkar futbolla vidalaşdığını bildirib: "Hər kəsə və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olaraq qalacaqsınız".
Serxio Buskets peşəkar karyerasına 2008-ci ildə "Barselona"da başlayıb. O, 2023-cü ilin yayına qədər Kataloniya təmsilçisinin formasını geyinib.15 mövsümlük eradan sonra ispaniyalı oyunçu "İnter Mayami" ilə müqavilə imzalayıb
Buskets İspaniya millisinin də əfsanələrindəndir. O, yığmada 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.