Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis yarışları başlayıb.
Moderator.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda qadınlardan ibarət Azərbaycan və Özbəkistan komandaları yarımfinalda üz-üzə gəliblər.
Azərbaycan millisi rəqibini 2:1 hesabı ilə üstələyib. Yığma finalda Rusiya seçməsi ilə qarşılaşacaq.
Bu gün, həmçinin kişilərin mübarizəsində Azərbaycan komandası 1/4 finalda Özbəkistanı sınağa çəkəcək. Yarış saat 15:30-da start götürəcək.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.