Bizi sosial şəbəkələrdən izləyin:
"Barselona"nın sabiq futbolçusu Serxio Buskets cari MLS mövsümünün sonunda karyerasını başa vuracaq.
"İnter Mayami"də çıxış edən 37 yaşlı yarımmüdafiəçi qərarını verib və peşəkar futbolu tərk edəcək.
MLS-də normal mövsüm oktyabr 18-də, pley-offlar isə dekabrın 6-da başa çatacaq.
S. Buskets peşəkar karyerasında cəmi 2 klubda çıxış edib - "Barselona" və "İnter Mayami".
O, "blauqrana"nın heyətində 722 oyuna çıxıb və 32 kubok qazanıb. O, katalon klubunun tarixində Messi və Xavidən sonra ən çox oyuna çıxan 3-cü futbolçudur.
İspaniya yığması ilə isə həm dünya, həm də avropa çempionu olub. /Offsideplus/