Premyer Liqa: “İmişli” “Zirə”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək
İdman
179
08:55, Bu gün

Premyer Liqa: “İmişli” “Zirə”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
 
Moderator.az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma keçiriləcək.
 
Əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" "Zirə"ni qəbul edəcək. İmişli təmsilçisi ötən 5 oyundan 7 xal toplayaraq turnir cədvəlinin 7-ci, "qartallar" isə 11 xalla 1-ci pilləsində yer alır.
 
Günün növbəti matçında isə "Qarabağ" “Arersun Arena”da "Qəbələ"ni qəbul edəcək. Ağdam təmsilçisi 7 xalla turnir cədvəlinin 5-ci, "qırmızı-qaralar" isə 4 xalla 10-cu yerdə qərarlaşıb.
 
Qeyd edək ki, turun növbəti oyunları 27-28 sentyabrda keçiriləcək.

Azərbaycan Premyer Liqası, VI tur

26 sentyabr

15:30. “İmişli” – “Zirə”

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Quba OİK stadionu

19:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Azersun Arena”

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər