FIFA DÇ-2026-nın talismanlarını təqdim edib - FOTO-VİDEO
İdman
157
00:00, Bu gün

FIFA DÇ-2026-nın talismanlarını təqdim edib - FOTO-VİDEO

FIFA 2026-cı il dünya çempionatının maskotlarını təqdim edib.

Moderator.az bildirir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Mundial Kanada, ABŞ və Meksikada keçiriləcək. Hər maskot ev sahibi ölkəni simvollaşdırır. Kanadanı qapıçı sığın Meypl, Meksikanı hücumçu yaquar Zayu, ABŞ-ni isə müdafiəçi ağbaş qartal Klatç təmsil edirlər.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək. İlk dəfə olaraq 48 komanda iştirak edəcək.

 

 

Link kopyalandı!
Son xəbərlər