İngiltərə klubu futbolçusu ilə müqavilənin müddətini uzadacaq
İdman
429
16:00, Bu gün

İngiltərə klubu futbolçusu ilə müqavilənin müddətini uzadacaq

İngiltərənin "Arsenal" klubu futbolçusu Uilyam Saliba ilə müqavilənin müddətini uzadacaq.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, "topçular" yeni sözləşmə ilə bağlı müdafiəçi ilə razılığa gəlib.

Yaxın günlərdə rəsmi açıqlamanın olacağı gözlənilir.

24 yaşlı oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, Uilyam Saliba "Arsenal"ın heyətində meydana çıxdığı 139 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər