Bizi sosial şəbəkələrdən izləyin:
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Moderator.az-ın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının V turunda baş verənlərlə bağlı qərar qəbul edilib.
“Araz-Naxçıvan” evdə “Qarabağ”a 0:5 hesabı ilə uduzduğu oyunda futbolçusu Slavik Alxasovun ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 500 manat cərimələnib. Futbolçunun özü isə 1 oyunluq diskvalifikasiya edilib.
Eyni matçda "Qarabağ" azarkeşlərinin rəqib futbolçuya kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb.
“Sabah” klubu isə evdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etdiyi oyunda Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə 2000 manat cərimə edilib.