Bizi sosial şəbəkələrdən izləyin:
Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti karyerasındakı ən sərt formada istefaya göndərilməsindən danışıb.
"Bild" nəşrinin verdiyi məlumata görə, Ançelotti belə bir qovulmanın 2017-ci ilin sentyabrında "Bavariya"nın "PSJ"yə 3:0 hesabı ilə məğlub olmasından sonra baş verdiyini qeyd edib.
"PSJ" ilə matçda Frank Riberi və Aryen Robbeni ehtiyatda saxlamaq və müdafiəçiləri hücuma qoşmaq qərarına gəldim. Bu, səhv qərar oldu. Balans pozuldu və biz məğlub olduq. Ertəsi gün "Bavariya"nın rəhbərləri yığıncaq keçirərək problemin məndə olduğu qərarına gəldilər. Rummenigge bildirdi: "Komandanın mövsümün əvvəlindən bəri oyunu gözləntilərimizi doğrultmayıb. Parisdəki oyun aydın göstərdi ki, hərəkət etməliyik". Bu, karyeramdakı ən amansız qovulma idi , - deyə təcrübəli mütəxəssis vurğulayıb. (Oxu.az)