UEFA baş məşqçi Dieqo Simeoneyə qarşı intizam işi açıb
İdman
239
18:40, Bu gün

UEFA baş məşqçi Dieqo Simeoneyə qarşı intizam işi açıb

UEFA İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.

Moderator.az xəbər verir ki, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının I turunda "Liverpul"la matçda azarkeşlə mübahisə etməsi səbəb olub.

Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanan mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:2 hesablı qələbəsi ilə bitib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər