Bizi sosial şəbəkələrdən izləyin:
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, paytaxt təmsilçisi Konqo millisinin müdafiəçisi Arnaud Lusamba ilə razılıq əldə edib.
28 yaşlı oyunçu "ağ-qaralar"la iki illik müqavilə imzalayacaq.
Hazırda azad agent olan Lusamba son olaraq Səudiyyə Ərəbistanının "Baniyas" komandasının şərəfini qoruyub.
Qeyd edək ki, Arnaud Lusamba karyerası ərzində Fransada "Nansi", "Nitsa", "Amyen", Belçikada "Serkl Brügge", Türkiyədə isə "Alanyaspor"la "Pendikspor"da çıxış edib. "Transfermarkt" portalı onun transfer dəyərinin bir milyon avro olduğunu qeyd edir.