15:06
24°C
Bakı
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını başqa klubda davam etdirə bilər.
Moderator.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin iddiasına görə, 25 yaşlı argentinalı forvardla “Liverpul” və “Barselona” maraqlanır. Futbolçu növbəti yay Madrid klubunu tərk etməyi nəzərdən keçirir.
Alvares 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. Onun aktivində klubun heyətində 62 oyunda 30 qol və 9 məhsuldar ötürmə var.