Qvardioladan antirekord: Karyerasında belə nəticə olmamışdı
İdman
494
11:59, Bu gün

Qvardioladan antirekord: Karyerasında belə nəticə olmamışdı

"Mançester Siti"nin baş məşqçi Pep Qvardiola karyerasında ən aşağı topa nəzarət faizini göstərib.

Bu barədə "Opta" məlumat yayıb.

İngiltərə Premyer Liqasının 5-ci tur oyununda "şəhərlilər" "Arsenal"la 1:1 hesablı heç-heçə ediblər. Həmin qarşılaşmada Mançester klubu topa cəmi 32,8% nəzarət edib.

Bu, Qvardiolanın yüksək divizion komandalarında çalışdığı 601-ci matçında ən aşağı göstərici olub. Qeyd edək ki, ispaniyalının karyerasında iki ən zəif göstərici məhz "Arsenal"a qarşı qeydə alınıb. Əvvəlki antirekord 2023-cü ilin martında (36,5%) olub.

Qeyd edək ki, Premyer Liqanın ilk beş turundan sonra "Mançester Siti" 7 xal toplayaraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

(Publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər