İngiltərə Premyer Liqası:
İdman
113
22:25, Bu gün

İngiltərə Premyer Liqası: "Arsenal" - "Mançester Siti" duelində qalib olmadı

İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal" - "Mançester Siti" matçına yekun vurulub.

Moderator.az xəbər verir ki, oyun Londondakı "Emireyts" stadionunda baş tutub.

Komandalar 1:1 hesablı heç-heçə ediblər.

Doqquzuncu dəqiqədə Erlinq Holand hesabı açıb və "Siti"ni önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.

Bu oyundan sonra "Mançester Siti" 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.

Növbəti turda "şəhərlilər" sentyabrın 27-də "Börnli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaqlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər