Həsrət Cəfərov dünya ikincisi oldu
İdman
214
21 Sep 2025 | 22:02

Həsrət Cəfərov dünya ikincisi oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.

Moderator.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar müəyyənləşiblər.

İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub. pizza sifarişi

Bununla da yunan-Roma güləşçilərimizin turnirdən medalların sayı 4-ə çatıb.

Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər