Messi
İdman
339
08:00, Bu gün

Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa çox yaxındır

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami" klubu ilə 2025-ci ilin sonunda başa çatacaq müqaviləsini uzatmağa yaxındır.

Moderator.az-ın məlumatına görə, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkədəki səhifəsində xəbər verib.

Romanonun sözlərinə görə, 38 yaşlı futbolçunun "flaminqo"larla danışıqları yüksək mərhələdədir. Hazırda tərəflər MLS-in təsdiqini tələb etməzdən əvvəl bir neçə detalı dəqiqləşdirməlidirlər.

Danışıqların son həftələr intensivləşdiyi üçün sazişin tezliklə imzalana biləcəyi vurğulanır.

Messi 2023-cü ilin yayında azad agent kimi "İnter Mayami"yə keçib. Bu müddət ərzində hücumçu bütün yarışlarda 75 matçda meydana çıxıb, 62 qol vurub və 30 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər