İdman
286
18 Sep 2025 | 21:30

"Liverpul"un avrokubok matçları tarixində ilk yaşanıb

"Liverpul" klubu tarixində ilk dəfə olaraq avrokubok matçını start heyətində heç bir ingilis futbolçu olmadan keçirib.

Moderator.az bu barədə BBC telekanalına istinadən xəbər verir.

Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Liverpul"un evdə "Atletiko Madrid" ilə oyununa təsadüf edib.

"Atletiko Madrid"lə matç "Liverpul"un böyük Avropa turnirlərində 418-ci qarşılaşması olub.

İlk dəqiqələrdən meydana çıxan yeganə ingilis İspaniya təmsilçisinin heyətində çıxış edən Konor Qallaher olub.

Görüş "Liverpul"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Link kopyalandı!
Son xəbərlər