İdman
346
16 Sep 2025 | 23:50

"Traxtor" Çempionlar Liqasına heç-heçə ilə başladı

Futbol üzrə Asiya Çempionlar Liqasında I tura start verilib.

Moderator.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" Birləşmiş Ərəb Əmirliklərində "Əl-Əhli Dubay" klubunun qonağı olub.

"Əl-Rəşid" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

"Qızıl-qurdlar"ın heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb.

Təbriz klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan "Traktor" komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin "Əl-Vahda" klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.

Link kopyalandı!
Son xəbərlər