UEFA Çempionlar Liqası:
İdman
853
16 Sep 2025 | 22:11

UEFA Çempionlar Liqası: "Benfika" və "Qarabağ" komandalarının start heyətləri açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Moderator.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Benfika": Trubin, Antonio Silva, Barreneçea, Aursnes, Sudakov, Pavlidis, Dediç, Rios, Şyelderup, Dal, Otamendi;

"Qarabağ": Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə start verən "Qarabağ" bu gün ilk oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, təmsilçimiz Portuqaliya nəhənglərindən olan "Benfika" ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabr ayının 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Təmsilçimiz Danimarkanın "Kopenhagen" klubunu qonaq dəcək.

16 sentyabr

UEFA Çempionlar Liqası

I tur

Saat 23:00, "Benfika" - "Qarabağ".

Link kopyalandı!
Son xəbərlər