Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə medal qazanan millimizin üzvünü təbrik edib.
Moderator.az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə millimiz uğurlarını davam etdirir.
Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan güləşçimizi, məşqçilərimizi və idmançımızın ailə üzvlərini təbrik edirik. İnanırıq ki, Osman gələcək yarışlarda daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq".