Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar
İdman
212
14:55, Bu gün

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar

Azərbaycanın stolüstü tennisçiləri növbəti beynəlxalq yarışa qatılacaqlar.
 
Moderator.az federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, idmançılar bu gün Türkiyəyə yollanıblar.
 
Seçmə komandanın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə "WTT Feeder Cappadocia" turnirində iştirak edəcəklər.
 
Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.
 
Link kopyalandı!
Son xəbərlər