“Şamaxı” “Karvan-Yevlax” üzərində inamlı qələbə qazandı
İdman
326
18:33, Bu gün

“Şamaxı” “Karvan-Yevlax” üzərində inamlı qələbə qazandı

Azərbaycan Premyer Liqasının IV turunun növbəti oyununda “Şamaxı” “Karvan-Yevlax”ı qəbul edib.
 
Moderator.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan matçda meydan sahibi komanda inamlı qələbə qazanıb - 3:0.
 
Baş hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada Alfonso Msanqa (38-ci dəqiqə), Andrey Tirkoveanu (45) və Sezar Enrike (71) fərqləniblər.
 
Bununla da xallarının sayını 5-ə çatdıran “Şamaxı” 6-cı sıraya yüksəlib. “Karvan-Yevlax” 4 xalla 8-cidir.
 
Qeyd edək ki, tura “Neftçi” - “Sabah” oyunu ilə yekun vurulacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər