Ulduz futbolçu ilə bağlı qərar verildi
İdman
185
11:33, Bu gün

Ulduz futbolçu ilə bağlı qərar verildi

“Everton” “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişin tam transferində maraqlıdır.

Moderator.az “The Telegraph”a istinadən xəbər verir ki, yayda “Everton”a bir illik icarə əsasında qoşulan cinah futbolçusu Devid Moyesin komandasında tez uyğunlaşıb və Premyer Liqanın ilk iki oyununda dörd məhsuldar ötürmə edib. Bu göstərici ona ayın ən yaxşı oyunçusu mükafatını qazandırıb.

Klublar arasında bağlanmış müqavilədə 50 milyon funt sterlinqə satınalma bəndi nəzərdə tutulub. Lakin bu rəqəm sabit deyil. “Everton” rəhbərliyi 30 yaşlı futbolçu mövsüm ərzində hazırkı formasını qoruyarsa, qiymətin azaldılması üçün danışıqlara başlamağa hazırdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər