Məşhur qapıçı milliyə qayıdır?
İdman
164
10:36, Bu gün

Məşhur qapıçı milliyə qayıdır?

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqanın 3-cü turunda “Hamburq”a qarşı keçirilən (5:0) oyundan sonra Almaniya yığmasına qayıdış ehtimalına münasibət bildirib.

Moderator.az xəbər verir ki, “Mən qəti qərar vermişəm – artıq milli komandada oynamayacağam”, – deyə Noyer Sky-a müsahibəsində bildirib.

Hazırda 39 yaşı olan əfsanə 2024-cü ilin avqustunda milli komandadakı karyerasını başa vurduğunu elan edib. Noyer Almaniya millisində 2009-cu ildən çıxış edib və komanda ilə birlikdə 2014-cü ildə dünya çempionu olub. O, həmçinin 2010-cu il mundialında və Avropa çempionatlarında (2012, 2016) bürünc medal qazanıb. Qolkiper Almaniya millisində ən çox oyun keçirən (124) və ən çox qapısını toxunulmaz saxlayan (51) qapıçı rekordlarının sahibidir. Onun yığmada son matçı Avro-2024-ün 1/4 finalında İspaniyaya qarşı keçirilən görüş olub (1:2, əlavə vaxtda).

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər