Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
İdman
423
13 Sep 2025 | 23:33

Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında finala yüksəlib.

Moderator.az xəbər verir ki, o, yarımfinalda Polşa təmsilçisi Robert Baran qalib gəlib

Medal qarşılaşmaları sabah baş tutacaq.

Qeyd edək ki, Giorgi Meşvildişvili 10 illik fasilədən sonra ən ağır çəkidə dünya çempionatında finala yüksələn ilk güləşçimiz olub.

Bundan başqa, Nürəddin Novruzov (61 kiloqram) 1/8 finalda iranlı Ahmad Mohammadnejad Cavana 2:5 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Kənan Heybətov (70 kiloqram) həm iranlı, dünya çempionatının 2 qat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4), həm də Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlib. Onun 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyanla qarşılaşması gərgin mübarizə şəraitində keçib. Heybətov 6:3 hesablı üstünlük əldə etsə də, yekunda rəqibinə məğlub olub - 6:8.

Arseniy Djioyev (86 kiloqram) debütdə Puerto-Riko təmsilçisi Ethan Ramosdan güclü olub - 5:2. Ancaq 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Sentyabrın 13-də start götürmüş güləş üzrə dünya çempionatı sentyabrın 21-ə kimi davam edəcək. Azərbaycanı turnirdə 23 güləşçi təmsil edir.

Link kopyalandı!
Son xəbərlər