“Qarabağ”ın ÇL-dəki səfər oyunlarını harada izləyək? - FOTO
İdman
1442
13 Sep 2025 | 18:59

“Qarabağ”ın ÇL-dəki səfər oyunlarını harada izləyək? - FOTO

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən İctimai Televiziyada (İTV) yayımlanacaq.

Telekanaldan verilən məlumata görə, “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/2026-cı illər mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq. Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək.

Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.

Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər