03:18
19°C
Bakı
“Mançester Yunayted”in oyunçuları qapıçı Andre Onananın “Trabzonspor”a icarəyə verilməsindən məmnundurlar.
Moderator.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın heyətində dörd qapıçı olması kimi “mənasız” vəziyyətdən qaçmağa kömək edib.
Bu barədə “Manchester Evening News” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçular kamerunlu qolkiper başqa kluba keçməsəydi klub daxilində problemlə üzləşə biləcəklərinə inanırdılar.
Onana 2023-cü ilin yayında “İnter”dən “qırmızı şeytanlar”a keçib. Bu müddət ərzində kamerunlu qolkiper bütün yarışlarda 102 oyun keçirib, 24-də qapısını təmiz saxlayıb. Bu matçlarda qapıçı 150 qol buraxıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.