Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
Moderator.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Kəpəz" Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Baş hakim Rauf Cabarovun idarə edəcəyi görüş saat 17:45-də başlayacaq.
Günün növbəti oyunun da isə “Qarabağ” “Zirə”ni qonaq edəcək.
Saat 20:00-da start götürəcək matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
IV tur
12 sentyabr
17:45. “Kəpəz” – “Araz-Naxçıvan
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:45
20:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”.