Azərbaycan millisi Belçikanı məğlub etdi
İdman
237
17:54, Bu gün

Azərbaycan millisi Belçikanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
 
Moderator.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan milli Belçika yığması ilə qarşılaşıb.
 
İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
 
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər