Millimizin futbolçuları heç-heçəyə görə mükafat aldılar
İdman
315
16:32, Bu gün

Millimizin futbolçuları heç-heçəyə görə mükafat aldılar

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matça görə mükafat alıb.
 
Moderator.az xəbər verir ki, bunu "Qafqazinfo"ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlayıb.
 
O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: "Amma rəqəmi açıqlaya bilmərik".
 
Qeyd edək ki, sosial şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb.
 
AFFA rəsmisi isə bu xəbərlərə münasibət bildirməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər