İdman
515
08:48, Bu gün

"Flamenqo" BMT-yə müraciət etdi: "Klub azarkeşləri ayrıca millət kimi tanınsın"

"Flamenqo" komandasının rəhbərliyi BMT-yə petisiya göndərərək, komandanın azarkeşlərini ayrıca simvolik-mədəni millət kimi tanımağı xahiş etdi.
 
Moderator.az bildirir ki, bu barədə Braziliya futbol klubunun saytı xəbər verir.
 
"Flamenqo"nun veteranı Ziko məsələ ilə bağlı bəyanatla çıxış edib:
 
"Əgər biz ölkə olsaydıq, əhalisinin sayına görə 36-cı dövlət olardıq. Biz bir bayraq, bir mədəniyyət və nəsildən-nəslə keçən hisslə birləşmiş 45 milyondan çox insanıq. "Flamenqo" sadəcə klub deyil, o millətdir".
 
Qeyd edək ki, "Flamenqo" yeddiqat Braziliya çempionu və üçqat Libertadores Kubokunun qalibidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər