Emin Mahmudov: İnanıram ki, qarşıdakı oyunlarda da uğurlu nəticələr əldə edəcəyik
İdman
842
09 Sep 2025 | 23:50

Emin Mahmudov: İnanıram ki, qarşıdakı oyunlarda da uğurlu nəticələr əldə edəcəyik

Millidə ən çox qol vuran futbolçu olduğum üçün çox xoşbəxtəm. Bu yolda çox əziyyət çəkdim. Komanda yoldaşlarıma buna görə təşəkkür edirəm.

Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində doğma meydanda Ukrayna ilə 1:1 heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, müvəqqəti baş məşqçi Ayxan Abbasov haqqında da danışıb: “O, tez bir zamanda komandada nəyisə dəyişə bilməzdi. Bizə stimul olmaq üçün sözlər deyirdi. İnanıram ki, qarşıdakı oyunlarda da uğurlu nəticələr əldə edəcəyik”.

Link kopyalandı!
Son xəbərlər