Rusiyada matçın ən yaxşı futbolçusuna qarpız hədiyyə edildi
İdman
642
09 Sep 2025 | 23:27

Rusiyada matçın ən yaxşı futbolçusuna qarpız hədiyyə edildi

Futbol üzrə Rusiya Kubokunun üçüncü raundu çərçivəsində keçirilmiş "Astraxan" - "Legion" (5:2) matçının ən yaxşı oyunçusuna mükafat qismində qarpız hədiyyə edilib.

Moderator.az bu barədə Matchtv.ru-ya istinadla xəbər verir.

Bildirilir ki, ev sahiblərinin heyətində Dzekom Fotso matçın ən yaxşı futbolçusu seçilib.

Kamerunlu qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ona mükafat qismində qarpız hədiyyə edilib.

Link kopyalandı!
Son xəbərlər