Premyer Liqa təmsilçisi "Nottinqem Forest" baş məşqçi Nuno Espirito Santo ilə yollarını ayırdıqlarını açıqlayıb.
Moderator.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Fənərbağça" ilə yollarını ayıran Joze Mourinyonun da "Nottingem Forest"də baş məşqçiliyə namizədlərdən biri olduğu bildirilir.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, “Nottinqem Forest” yeni baş məşqçi postuna iki namizəd müəyyən edib. Bu iki namizəddən birinin bu yaxınlarda “Tottenhem” ilə yollarını ayıran Ange Postecoglou olduğu bildirilir. Onun bu post üçün favorit olduğu bildirilir.
"Fənərbaxça" ilə yollarını ayıran Joze Mourinyonun "Nottinqem Forest"in iki namizədindən biri olduğu bildirilir. Almaniya mətbuatının yazdığına görə, “Fənərbaxça” ilə adı hallanan Domeniko Todesko da namizədlər arasındadır.