DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.
Moderator.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.
Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.
21:32
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci qol vurulub.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 72-ci dəqiqəsində komandamızın heyətində Emin Mahmudov fərqlənib – 1:1.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
21:25
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda hesab açılıb.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 51-ci dəqiqəsində rəqibin heyətində Georgi Sudakov fərqlənib.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
21:05
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.
Moderator.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.
Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ilk hissə başa çatıb.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə komandalar fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
20:00
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.