Daha bir millimizdən biabırçı məğlubiyyət
İdman
784
09 Sep 2025 | 15:50

Daha bir millimizdən biabırçı məğlubiyyət

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
 
Moderator.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandasına böyük hesabla uduzub.
 
"Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.
 
Xatırladaq ki, futbol üzrə Azərbaycanın əsas yığması bir neçə gün əvvəl İslandiyaya 0:5, U-21 millimiz isə Portuqaliyadan olan həmyaşıdlarına eyni hesabla məğlub olub.
Link kopyalandı!
Son xəbərlər