Azərbaycan çempionatında çıxış edən klub yeddi futbolçusu ilə müqaviləyə xitam verdi
İdman
610
09 Sep 2025 | 14:14

Azərbaycan çempionatında çıxış edən klub yeddi futbolçusu ilə müqaviləyə xitam verdi

Azərbaycanın II Liqasında çıxış edən "Dinamo" klubu yeddi futbolçusu ilə yolları ayırıb.
 
Moderator.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Dinamo" klubunun yeddi aparıcı futbolçusu "Xankəndi" ilə matçdan (0:4) bir gün əvvəl düşərgəyə gələrək, buradan ayrılmaq niyyətində olduqlarını bildiriblər.
 
Buna səbəb isə futbolçulara I və II liqa klublarından sərfəli təkliflərin gəlməsi olub.
 
"Dinamo" Binədə keçirilən matçda öz akademiyasının yetirmələrinə etimad göstərib. Gedənlərin yerinə 10-a yaxın yeniyetmə və gənc sifariş ərizəsinə daxil edilib.
 
Heyətdəki bu qədər itkiyə rəğmən, komanda çempionluğa iddialı rəqibinə asanlıqla təslim olmayıb. Debütant yalnız ikinci hissədə vurduğu qollarla üç xal qazana bilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər