Azərbaycan-Ukrayna matçı: Kim qalib gələcək?
İdman
351
12:15, Bu gün

Azərbaycan-Ukrayna matçı: Kim qalib gələcək?

Milli komandamız bu gün futbol üzrə dünya çempionatı 2026-nın seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna seçməsi ilə üz-üzə gələcək.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, rəqiblər indiyədək ümumilikdə iki dəfə qarşılaşıblar.
 
Bu görüşlərdən biri rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb - 6:0.
 
Digər görüş isə qolsuz heç-heçə ilə yekunlaşıb.
 
Ukrayna millisi keçirdiyi son beş oyunun ikisində qələbə qazansa da, üç görüşdə meydandan məğlubiyyətlə ayrılıb.
 
Milli komandamız isə Fernandu Santuşun başçılığı altında heç bir oyunda qələbə qazana bilməyib. Ümumilikdə 11 oyunda doqquz məğlubiyyət, iki heç-heçə edən komandamızı budəfəki matça Ayxan Abbasov çıxaracaq.
 
Ayxan Abbasov U-21 millimizlə çıxdığı son görüşlərdə uğurlu nəticəyə imza atsa da, onun komandası Portuqaliya ilə matçda 0:5 hesabı ilə məğlub olub.
 
Millimizlə eyni qrupda qərarlaşan və hərəyə üç xalı olan İslandiya ilə Fransa seçmələri birinci-ikinci pillələri bölüşürlər. Xalsız olan Ukrayna və Azərbaycan yığmaları isə üçüncü və dördüncü sıralarda qərarlaşıblar.
Link kopyalandı!
Son xəbərlər