Moderator.az xəbər verir ki, “sarı-lacivərdli”ləri bundan sonra Domeniko Tedesko çalışdıracaq.
İsmail Kartalın yenidən komandanın sükanı arxasına keçəcəyi ehtimal olunsa da, bu baş verməyib. Klub prezidenti Ali Koç seçimində əcnəbi mütəxəssisi üstün tutub.
Almaniyalı mütəxəssis son olaraq Belçika yığmasına rəhbərlik edib. O, yanvar ayından bəri işsiz idi.
Tedesko daha əvvəl “Şalke”, “Leyptsiq” və “Spartak” komandalarında da baş məşqçi kimi fəaliyyət göstərib.