Futzal üzrə liqalarda yeni mövsümün reqlamentində dəyişiklik edildi
İdman
257
13:53, Bu gün

Futzal üzrə liqalarda yeni mövsümün reqlamentində dəyişiklik edildi

Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Yüksək və Birinci liqalarda 2025-2026-cı illər mövsümünün püşkü atılıb.
 
Moderator.az xəbər verir ki, yeni mövsüm “Lənkəran” iştirak edəcəyi Yüksək Liqada ümumilikdə 6 komanda yarışacaq.
 
Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan olunacaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Əsasnamədə edilən dəyişikliklərlə bağlı klub nümayəndələrinə məlumatlar verilib.
 
Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limiti tətbiq olmayacaq. Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər. İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcək.
 
Birinci Liqada isə 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk “4-lük”də qərarlaşan kollektivlər pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi 4-cü, 2-ci yerin sahibi isə 3-cü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər. Yüksək Liqaya sentyabrın 18-də, Birinci Liqaya isə oktyabrın 9-da start veriləcək.


Yüksək Liqa
I tur

18 sentyabr
U-19 – Şuşa
Neftçi İK – Lənkəran
Baku Fire – Araz-Naxçıvan

Birinci Liqa
I tur

9 oktyabr
Baku Fire-2 – STAR kargo
Atletiko Baku – Ulduz
Xan-Lənkəran – Trabzon-Azərbaycan
Dəstə Ordubad – PFL
Yeni Suraxanı - Timsport

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər