Qazaxıstan millisinin azərbaycanlı baş məşqçisi istefa verdi
İdman
198
09:02, Bu gün

Qazaxıstan millisinin azərbaycanlı baş məşqçisi istefa verdi

Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Belçika millisinə 0:6 hesabı ilə məğlub olduqları matçdan sonra istefa verib.
 
Moderator.az xəbər verir ki, baş məşqçi bu qərarını oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
 
"Baş verən hər şey, məğlubiyyət mənim günahımdır. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacağam və prezidentə məlumat verəcəyəm", - deyə, Əliyev bildirib.
 
Xatırladaq ki, əslən azərbaycanlı olan Əli Əliyev bu ilin əvvəlindən Qazaxıstan millisinin baş məşqçi vəzifəsinə keçmişdi. Milli daha əvvəl Uels (1:3, 0:1) və Şimali Makedoniyaya (0:1) da məğlub olub. Yığma yeganə qələbəsini isə Lixtenşteynlə görüşdə qazanıb - 2:0.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər