00:14
24°C
Bakı
Müdafiəçi Presnel Kimpembe klub sistemində 20 il oynadıqdan sonra PSJ-dən ayrılıb.
Moderator.az championat.com-a istinadən xəbər verir ki, Fransa millisinin sabiq futbolçusu karyerasını Qətərdə davam etdirəcək.
Paris klubunun prezidenti Nasser Al-Xelaifi futbolçunu paytaxt komandası akademiyasının bütün oyunçuları üçün nümunə adlandırıb.
Kimpembe PSJ-nin tərkibində Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, futbolçu 8 qat Liqa 1 çempionu, 6 dəfə Fransa Kubokunun və Superkubokunun qalibidir.