Rusiyalı taekvondoçu Emin Çetinbağ Moskvada adam oğurluğunda iştirakda şübhəli bilinərək həbs edilib.
Moderator.az- ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
İstintaq hesab edir ki, idmançı kriptovalyuta ilə məşğul olan gənclərlə etimad münasibətləri qurub, bundan sonra o, onlarla bağlı məlumatları şəriklərinə ötürüb. İlkin məlumata görə, onların arasında Daxili İşlər Nazirliyinin üç əməkdaşı da olub.
Qeyd olunur ki, istintaq araşdırmaları volqoqradlı polis əməkdaşlarının kriptovalyuta ilə məşğul sahibkarı oğurlaması ilə bağlı aparılır. Bu hadisə 2024-cü ilin noyabrında baş verib.
Eyni zamanda, Çetinbağın anası idmançı orduda xidmət etdiyini və həbs olunmadığını bildirib. Emin Çetinbağ taekvondo üzrə dünya çempionudur.