AFFA Fernandu Santuşla bağlı qərar qəbul etmək üçün təcili iclas keçirəcək
İdman
402
11:03, Bu gün

AFFA Fernandu Santuşla bağlı qərar qəbul etmək üçün təcili iclas keçirəcək

Millinin DÇ-2026-nın seçmə mərhələsinə uğursuz start verməsi AFFA rəhbərliyini qəzəbləndirib.
 
Moderator.az Futbolinfo.az-a istinadən xəbər verir ki, İslandiyaya 0:5 hesabı ilə uduzan komandanın baş məşqçisi Fernandu Santuşdan təcili hesabat hazırlaması tələb olunub.
 
Portuqaliyalı mütəxəssislə bu gün, uzağı sabah görüş keçirilməsi gözlənilir. Federasiya prezidenti Rövşən Nəcəfin iştirakıyla təşkili nəzərdə tutulan toplantıda Santuşun aqibətinə aydınlıq gətiriləcək.
 
AFFA ilə müqaviləsi 2028-ci ildə bitəcək çalışdırıcının vəzifəsindən azad olunması ehtimalı var.
 
Təbii ki, bunun üçün təzminat ödəmək lazım gələcək. Rəqəm kiçik deyil - milyonlar sərf ediləcək.
 
Milli sentyabrın 9-da ikinci oyuna çıxmalıdır. Ukrayna Bakıda qonağımız olacaq. Santuşun bu matça saxlanılması da istisna edilmir.
 
Əldə edilən məlumata görə, İcraiyyə Komitəsi bu qarşılaşmanın ardından bir araya gələcək və baş məşqçiylə əlaqəli müzakirələrə rəsmi yekun vuracaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər