İdman
161
10:51, Bu gün

"Sabah" klubunda rəhbər vəzifəsinə gürcüstanlı mütəxəssis gətirildi

Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.
 
Moderator.az Sportinfo.az-a istinadən xəbər verir ki, klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.
 
Gürcüstanlı mütəxəssislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi "Dinamo"sunun futbol məktəbinə başçılıq edib.
 
Minaşvili bu postda Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.
 
Balkanlı mütəxəssis U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər