Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi postundan ayrılacaq
İdman
230
09:36, Bu gün

Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi postundan ayrılacaq

DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya millisinə səfərdə 0:5 hesabı ilə məğlub olan Azərbaycan seçməsinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən ayrılacaq.
 
Moderator.az bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
 
Xatırladaq ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisini çalışdırır.
 
3+1 illik müqavilə imzalanan baş məşqçi Azərbaycan millisindən sözləşməsi başa çatmayacağı təqdirdə ayrılarsa, geri qalan hər ili üçün bir milyon avro təzminat alacaq.
 
Qeyd edək ki, Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa sentyabrın 9-da çıxacaq. Seçmə komandamız Ukrayna millisini qəbul edəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər