DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ikinci qol vurulub.
Moderator.az-ın məlumatına görə, İslandiya yığması fərqi 2:0-a çatdırıb.
47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Moderator.az xəbər verir ki, ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.
Yeganə qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.
23:35
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Moderator.az xəbər verir ki, yığmamız fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Rəqibin heyətində qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.
22:45
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyunu başlayıb.
Moderator.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.